Yeniyetmə sinif yoldaşlarını və müəllimi girov götürdü - VİDEO

 

Tatarıstanın paytaxtı Kazanda 10-cu sinif şagirdi oxuduğu sinifdəki şagirdləri və müəllimi girov götürüb.

Milli.Az TASS-a istinadən bildirir ki, olay Adorat küçəsindəki 7 saylı gimnasiyasında baş verib.

Mətbəx bıçağı və pnevmatik tapança ilə silahlanmış 17 yaşlı yeniyetmə sinif otağının qapısını bağlayaraq şagirdlərlə müəllimi girov götürüb.

Sinifdə olan şagirdlərdən biri telefonla bu haqda anasına məlumat verə bilib və qadın dərhal polisə müraciət edib. Hadisə yerinə gələn polislər yeniyetməni tərksilah edib polis idarəsinə aparıblar.

İnsident zamanı heç kim zərər çəkməyib. Hadisədən sonra müəllimənin halı qəfil pisləşib və o ürək tutması ilə xəstəxanaya yerləşdirilib.

Cinayətin motivləri araşdırılır.

Saglamolun.Az