Загрузка...

Bağırsaq xərçəngindən qorunmaq üçün bunları edin - HƏKİM MƏSLƏHƏTİ

Həm qadın, həm kişilər arasında ən çox rast gəlinən xərçəng növündən biri yoğun bağırsaq (kolon) xərçəngidir.

Ən qorxulu cəhəti isə əlamətlərinin hiss olunmamasıdır. Buna görə də çox zaman bağırsaq xərçəngi irəliləmiş halda ortaya çıxır. Mütəxəssislər isə yoğun bağırsaq xərçənginin qarşısının əvvəlcədən alına biləcəyini vurğulayırlar. Ailem.az türkiyəli qastroenteroloq Nurdan Tözün bununla bağlı məsləhətlərini diqqətinizə çatdırır.  

Qidalanmanıza diqqət edin

Yoğun bağırsaq xərçəngi qeyri-sağlam qidalanma ilə birbaşa əlaqədardır. Xüsusilə həddindən çox yağlı qidalar, heyvan mənşəli yağ istifadəsi və qırmızı ətlə daha çox qidalanma qalın bağırsaq xərçəngi riskini artırır. Həmçinin kolbasa, sosis və bu kimi yenidən işlənmiş qidalardan uzaq durmaq lazımdır. Meyvə və tərəvəzin kifayət qədər qəbul olunmaması həzm sistemi sağlığına mənfi şəkildə təsir göstərir. Hər gün kifayət qədər meyvə və tərəvəz yeməyi unutmayın. Bol lifli qidalardan istifadəni artırın.

Siqaret və alkoqoldan uzaq olun

Alkoqol istifadəsinin bağırsaq xərçənginə birbaşa yol açması 57 araşdırmada ortaya çıxıb. Gündə 50 qram, ya da daha çox alkoqol istifadə edənlərdə kolon xərçəngi riski içməyənlərə görə 1.5 faiz artır. Alkoqolun qəbulundan sonra ortaya çıxan, toksik bir kimyəvi maddə olan asetaldehid həm DNT-yə, həm də proteinlərə zərər verir. Alkoqol, həmçinin, toksik oksigen növlərinin yaranması ilə də DNT-yə zərər verərək, xərçəng yaradır.

Artıq çəkidən azad olun

Artıq çəkinin sağlamlıq düşməni olduğu aparılan bir çox elmi araşdırmalar zamanı sübut olunub. Diabetdən ürək və damar xəstəliklərinə qədər bir çox problemə yol açan artıq çəki kolon xərçənginə də zəmin hazırlayır. Məsələn, 5 kilo kökəlmək kolon xərçəngi riskini yüzdə 5 faiz artırır.

Mütəmadi məşq edin

Müasir zamanın insan sağlamlığına verdiyi ən böyük zərərlərdən biri olan hərəkətsizlik sürətlə yayılır. Halbuki hər gün ən az 45 dəqiqə ritmli məşq, ya da həftənin ən az üç günü 30 dəqiqəlik mütəmadi piyada gəzmək sağlıqlı yaşam üçün vacib şərtlərdəndir. Mütəmadi məşq bağırsaq xərçəngindən də qorunmağa böyük fayda verir.

Vaxtaşırı müayinə olunun

Kolonoskopiya və nəcisdə gizli qan testini 50 yaşı keçmiş hər kəs etdirməlidir. Əgər ailənizdə kimdəsə xərçəng varsa, müayinəni daha erkən yaşda etdirin. Birinci dərəcəli qohumunda xərçəng olanlar xəstənin mövcud yaşından 10 il əvvəl test etdirməyə diqqət etsin. Çünki bu göstərici xərçəng riskini 2-4 qat artırır.

Kalsium və D vitamininə diqqət edin

Kalsium və D vitamininin kolon xərçəngini önləməkdə təsirli olduğu araşdırmalar zamanı müəyyənləşib. Kalsium bağırsaqdakı maddələri uzaqlaşdırır və onların zərəli təsirlərini önləyir. D vitamininin isə hüeyrə çoxalmasını önləyərək anti-karsinogenik təsir göstərdiyi qəbul edilir. Buna görə kalsium və D vitamininizin kifayət qədər olmasına diqqət edin.

Stressdən uzaq durun

Daim stresli olmaq immunitet sistemini çökdürərək, həm infeksiyalara, həm də xərçəngə qarşı müqavimətimizi azalda bilər. Digər tərəfdən normal yuxu da xərçəngdən qorunmaqda önəmli rol oynayır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика