17 ildir gözləyirdi, vəfat etdiyi gün donor böyrək tapıldı...

Türkiyənin Manisa şəhərində böyrək çatışmazlığı səbəbiylə orqan nəqli gözləyən 23 yaşlı Elif İşlek, 10 gün əvvəl bağırsaqlarından rahatlanaraq xəstəxanaya aparıldı, lakin həyatını itirdi. Gənc qızın gözlədiyi uyğun böyrəyin isə həyatını itirdiyi günün axşamı tapıldığı bildirilir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, təxminən 17 ildir böyrək çatışmazlığı səbəbiylə evində diyaliz müalicəsi alan Elif İşlek, 10 gün əvvəl  xəstələnərək Manisa Şəhər Xəstəxanasına çatdırılıb. Reanimasiyada müalicə olunan İşlek, həkimlərin müdaxiləsinə baxmayaraq dünən axşam saatlarında həyatını itirib.  Gənc qız şəhər qəbiristanlığında gözyaşları içində torpağa tapşırılıb.

17 ildir böyrək nəqli gözləyən gənc qızın həyatını itirdiyi günün axşamı uyğun böyrək tapıldığı məlum olub. Ağrılarının çox böyük olduğunu ifadə edən ata Alim İşlek, dünən Egey Universiteti xəstəxanasından onu axtardıqlarını, qızı üçün uyğun orqan tapıldığı xəbərinin verildiyini yana - yana söyləyir.

Saglamolun.Az