İngiltərədə yaşayan 38-yaşlı kişi 21 dəqiqə ərzində ölü olub. Daha sonra isə sanitarlar onu morqa aparanda yolda dirilib.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Joao Araudjo adlı bu kişini artıq "tibbi möcüzə" hesab edirlər. Həyat yoldaşını işə apararkən Joao maşında özünü birdən çox pis hiss edib. Reanimasiyaya çatdırılan kişiyə həkimlər bir neçə saat ərzində kömək etməyə cəhd etsələr də ürəyin fəaliyyətini sabitləşdirə bilməyiblər və onun ürəyi dayanıb.
Həkimlər Joaonun yaxınlarına kədərli xəbər verib və ölünü morqa aparmaq üçün sanitarları çağırıblar. Lakin yolda möcüzəli hadisə baş verib - sanitarlardan biri fikir verib ki, "ölü" tərpənir. Kişi dərhal müayinə olunub və məlum olub ki, onun qan dövranı öz-özünə bərpa olunub və ürəyi döyünür. Joaonun ürəyi 21 dəqiqə (!) ərzində işləməyib.
Dirilmiş Joao yenidən reanimasiyaya çatdırılıb və bir müddətdən sonra özünə gəlib. 3 həftədən sonra kişi tam sağalıb və hətta işə çıxıb.
Saglamolun.Az