Hamiləlikdən qoruyacaq zinət əşyaları hazırlandı - Hormonal tablet əvəzinə sırğa, üzük, qolbaq

Amerikalı kimyaçı alimlər kontraseptiv təsirli zinət əşyaları hazırlayıb.

Artıq insanlar, xüsusən qadınlar arzuolunmaz hamiləlikdən qorunmaq üçün hormonal dərmanlar yox, saat, sırğa, qolbaq və s. istifadə edə biləcək.

Medicina.az bildirir ki, ABŞ Kimya və biomolekulyar mühəndislik məktəbinin əməkdaşları farsapeptik bijuteriya icad etmələrinin səbəbini belə izah ediblər ki, qadınlar çox zaman cinsi əlaqədən öncə hormonal kontraseptivi qəbul etməyi unudur və ya sadəcə istəmir.

Bu bijuteriyaların dəri ilə təmas edən hissəsində xüsusi hormonal plastır yerləşdirilib.

Bu əşyanı üzərində gəzdirdikdə 1 həftə boyunca transdermal plastır dəri ilə təsir edərək, hormonal dərmanı qana yeridir. Hətta həmin əşya çıxarıldıqda belə, yataqda üzərində olmayanda da hormonal preparatın qanda səviyyəsi yüksək olur.

Bu bəzək əşyalarının insanlar üzərində real kliniki təcrübəsinə az qalıb. Müəlliflər əmindir ki, gələcəkdə bu əşyalara tələbat çox olacaq.

Saglamolun.Az




loading...

KESAR ƏMƏLİYYATI YOXSA TƏBİİ DOĞUŞ?

 


Яндекс.Метрика