34 yaşlı müğənni övladını dünyaya gətirərkən infarkt keçirib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, rumınyalı müğənni Andreya Beyln (Andreea Balan) özəl xəstəxanada doğum edərkən ölümlə üz-üzə gəlib.
İnfarkt keçirən müğənni 20 saat müddətində özündə olmayıb. O, həkimlərin səyi nəticəsində özünə gətirilib.
Hadisə mart ayının 4-də, Buxarestdəki özəl xəstəxanada baş verib. Clara Maria adını verdiyi övladını dünyaya gətirən müğənni sonradan mətbuata açıqlama verib. O, sağalmasını "möcüzə" adlandırıb.
Aktyor George Burcea ilə ailəli olan müğənni: "mən ölə bilərdim, övladıma da nəsə ola bilərdi. Möcüzə baş verdi və həkimlər mənim həyatımı xilas etdi", - açıqlamasında söyləyib.
Saglamolun.Az