Fransada martın 1-dən etibarən çörəyin üstünə çoxlu miqdarda xaş-xaşın vurulmaması ilə bağlı istehsalçılara xəbərdarlıq edilib.
Sherg.az sciencesetavenir.fr saytına istinadən xəbər verir ki, bu ölkə səhiyyəsindən verilən məlumata görə, xaş-xaş insan orqanizmində morfin və kodeinlərin yüksəlməsinə səbəb olur ki, bu da alkaloidlərin artmasına gərtirib çıxarır.
Fransa Anti-zəhər Mərkəzinin rəhbəliyi də bu faktı təsdiq edib. Mərkəz sanitar qurumlardan tələb edib ki, xaş-xaş insanlarda morfin və kodeindən ibarət olan alkaloidi yaratdığı üçün ondan istifadə minumum həddə çatdırılmalıdır. Yazıda o da qeyd olunur ki, hamilə qadınlar və zahı analar bu xaş-xaşlı çörəklərdən qətiyyən istifadə etməməlidirlər.
Saglamolun.Az