Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?

Ailədə münaqışələrin aradan qaldırılmasına və xoşbəxtliyin bərqərar olmasına nail olmaq üçün əvvəlcə Allahın, sonra isə bir-birinin haqlarına riayət etmək, səbrli olmaq və bir-birinə güzəştə getmək lazımdır.

Ailə üzvlərinin Allah əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinmələri vacibdir. Allaha şərik qoşmamaq, hər məsələdə yalnız Ona təvəkkül etmək, namaz, oruc kimi ibadətlər etmək, evdə azan verib camaat namazı qılmaq, Quran səsləndirmək və şeytanı uzaqlaşdırmaq üçün Allahı çox zikr etmək lazımdır. Bir ailədə Allaha itaət nə qədər çox olarsa, münaqişələr də o qədər az olar.

Zikr.az bildirir ki, kişi öz qadının haqlarına riayət etməli, onun maddi və mənəvi ehtiyaclarını təmin etməyə çalışmalı, ailə həyatının tələblərini yerinə yetirməli, malından ona xərcləməli, onun namusunu qorumalı, eyibini açmamalı, başqalarının yanında onu alçaltmamalı, onunla məsləhətləşməli, dini öyrənərək ona öyrətməli və s. məsələlərə diqqət etməlidir.

Qadın da günah olmayan işlərdə ərinə itaəet etməli, onun malını və sirrini qorumalı, uşaqlarını tərbiyə etməli, ərindən icazəsiz harasa getməməli və evə heç kəsi buraxmamalı, əri üçün bəzənməli və s. məsələlərə diqqət etməlidir.

Ailə üzvləri başa düşməlidirlər ki, bunlara riayət etmək tək ailədə xoşbəxtlik əldə etmək üçün yox, həmçinin Allahın mərhəmətini və Cənnəti qazanmaq üçün vasitədir. Ailədə əmin-amanlığın yaranması üçün xüsusi bir dua yoxdur, öz sözlərinizlə Allaha dua edərək sizə bu şeyləri etməyə müvəffəq etməsini istəyə bilərsiniz.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

 


Яндекс.Метрика