Tokioda anadan cəmi 268 qram çəki ilə doğulan körpə evə buraxılıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda körpənin özünü yaxşı hiss etdiyi bildirilir. Qeyd edilir ki, bu dünyada sağ qalmağı bacaran ən kiçik körpədir.
Keyo Universitet xəstəxanasında Qeysəriyyə kəsiyi ilə dünyaya gələn körpə ötən ilin avqustunda cəmi 24 həftəlik olarkən doğulub.
Balacanın yeni doğulanlar üçün intensiz terapiya şöbəsində altı aydan çox qaldığı bildirilir. Həmin vaxt ərzində o çəkisini artıraraq 3 kiloqram 200 qram olub. Körpənin fevralın 20-də xəstəxanadan çıxdığı qeyd edilir.
Xəstəxananın həkimi Takeşi Arimitsu deyib ki, xidmət personalı balacanın vəziyyətini çox diqqətlə izləyib. Belə ki, adətən çəkisi 300 qramdam aşağı olan körpələr sağ qalmırlar.
Saglamolun.Az