Dünyanın ən təhlükəli telefonları açıqlandı

Almaniyanın Radiasiyadan Qorunma üzrə Federal Xidmətinin mütəxəssisləri onlarla mobil cihazda şüalanma ilə bağlı göstəriciləri araşdırıb və şüalanma səviyyəsi icazə verilən normadan azı iki dəfə çox olan smartfonları müəyyən edib.

Fins.az xəbər verir ki, siyahıya birinci yerdə 2017-ci ildə buraxılmış büdcə (münasib qiymətə satılan - red.) smartfonu "Xiamomi Mİ A1" göstərilib.

Bu modeldən olan smartfondan şüalanma səviyyəsi 1,75 vt/kq təşkil edir. İkinci yerdə "OnePlus 5T" smartfonu gəlir. Bu telefonda isə şüalanma göstəricisi 1,68 vt/kq təşkil edir. İlk üçlüyü "Xiamoni Mi Max 3" tamamlayır (1,58 vt/kq) Bundan başqa siyahıda "OnePlus 6T", "HTC U12 Life", "Xiaomi Mi Mix 3", "Google Pixel 3 XL", "OnePlus 5", "iPhone 6", "Sony Xperia XZ2 Compact", "HTC Desire 12/12+", "Google Pixel 3", "OnePlus 6", "iPhone 8", "Xiaomi Redmi Note 5" və "ZTE AXON 7 mini" smartfonları da yer alır. Almaniyada normal şüalanma səviyyəsi 0,6 vt/kq hesab olunur. Yuxarıda sadalanan smartfonların demək olar hamısı bu göstəricini azı iki dəfə üstələyir. Onların sağlamlığa zərər vura biləcəyi istisna edilmir.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика