H1N1 virusu məktəblərdə tədrisə təsir edəcəkmi?

Xəbər verdiyimiz kimi Azərbaycanda xəstəxanalara müraciət edənlərdən 16 nəfərə H1N1 virusu diaqnozu qoyulub.

Maraqlıdır, virusun yayılması ilə əlaqədar olaraq məktəblərdə tədris dayandırılacaqmı? Təhsil Nazirliyi Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunub ki, bu məsələ nazirliyə aid deyil.

Səhiyyə Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq dərslərin dayandırılmasına ehtiyac duyulmadığı qeyd olunub: "Epidemioloji vəziyyət nəzarət altındadır, ona görə də dərslərin dayandırılmasına ehtiyac duyulmur".

Saglamolun.Az