İmmunitet, yaddaş və görməni yaxşılaşdıran, qarın piylərini əridən möcüzəvi SİROP

İstənilən mövsüm arıqlamaq üçün əlverişli sayılır.

Saglamolun.az Publika.az-a istinadla oxucuları yağları daha sürətli yandırmağa kömək edəcək sadə, lakin güclü təsirə malik reseptlə tanış edir. Bu cövhər bədəninizdən maye və yağları çıxaracaq. Xüsusilə məşqlə birlikdə təsirlidir.

Cövhər beyin işini möhkəmləndirir, yaddaş, görmə, eşitmə qabiliyyətini yaxşılaşdırır, immuniteti möhkəmləndirir və soyuqdəymədən qoruyur.

Əsas tərkib hissəsi C, B1, B2 və B6 vitaminləri, dəmir, kalium, maqnezium və fosforla zəngin olan qıtığotu kökü ("xren") bitkisindən ibarətdir. Qıtığotu kökü maddələr mübadiləsini yaxşılaşdırır, yorğunluğu azaldır və bağırsaqlarda faydalı bakteriyaların böyüməsini stimullaşdırır.

Cövhəri hazırlamaq asandır və qısamüddətli tətbiq olunduqdan sonra da nəticələr heyrətləndirici olur.

Tərkibi:

- 125 qr qıtığotu kökü

- 4 ədəd limon

- 3 xörək qaşığı bal

- 2 xörək qaşığı darçın

- 1 dilim (2 sm) zəncəfil.

Hazırlanması:

Əvvəlcə bir az qaynanmış su əlavə edib qıtığotu kökü və zəncəfili blenderdə xırdalayın. Limonun suyunu sıxıb qarışığa əlavə edin, qarışdırın və sonra darçın və bal əlavə edib yenə yaxşı qarışdırın, bankaya tökün.

Gündə 2 dəfə yeməkdən və ya idmandan əvvəl 1 xörək qaşığı qəbul edin. Yalnız 3 həftədən sonra nəticələr görünəcək. Bu vasitə yalnız ideal bədən quruluşuna sahib olmağa kömək etməyəcək, həm də bədəninizi vitaminlərlə zənginləşdirəcək və lazım olduqda immun sisteminə viruslarla mübarizədə kömək edəcək.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика