Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib.
Trend.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil: "Açıq dənizdə dalğanın hündürlüyü 5-6 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".
Departament direktoru qeyd edib ki, növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək, sonrakı günlərdə daha artıq olacaq.
Saglamolun.Az