DNT testiylə üç uşağının da ondan olmadığını öyrənən tort ustası Necdət Ç. (45), yaşadıqlarını ürək ağrısı ilə danışır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 21 illik həyat yoldaşı İlkay Y. (37) onu tərk etdiyi iddiasıyla boşanma iddiası açıb 3 uşağının vəlayətini istəyən zaman həyatının yalanıyla qarşı-qarşıya qalan Necdət Ç., bunları söyləyir:
"Keçmiş həyat yoldaşımla kəndlərimiz çox yaxın idi. Uzaqdan da qohumluğumuz var. Əsgərlikdən gəldikdən sonra İlkay Y. ilə görücü üsulu evləndik. Evləndiyim zaman yığılmış pulum vardı. O zamanlar özümə bir şirniyyat bişirən yer açmışdım. Qalan pul ilə Kağıthanedə bir ev aldım. O zaman həyat yoldaşımın atası mənə ‘Sən işyeri açdın. Batsan evini müsadirə edərlər. Evi İlkayın adına keçir” dedi. Mən ilk əvvəl qəbul etmədim. Çox təzyiqdən sonar evi həyat yoldaşımın adına keçirdim. 21 illik evliliyimizdən üç uşağımız oldu. İllərcə heç bir şübhə duymadım. Məndən xəbərsiz bir yerə getməzdi. Gündə 8 saat çalışardım. Həyat yoldaşım axşamlar bir yerə çıxmazdı. Uşaqlarım evə kim gəlir, kim gedər həmişə deyərdi. Evin və uşaqların heç bir ehtiyacını əskik etməzdim. Yaxşı evdar qadın idi.
Bəzən atasının evinə gedər bir gün qalardı. Həyat yoldaşımın məni evimizdə aldatmadığına əminəm. Atasının evində məni aldatdığına inanıram. Çünki məndən xəbərsiz evdən çıxmazdı. Uşaqlarla evdə otururdu. Bəzi günlər atasının evinə gedərdi. Evlərimiz yaxın olmasına baxmayaraq orada yatardı. Mən avtomobillə aparıb atasının qapısına buraxardım. Sonra sabahısı gün gedib özüm götürərdim. Bizim ətraf kəndlərdən S. B. adında bir adam vardı. Onunla məni aldadırmış. Zatən bütün uşaqların atasının o olduğuna inanıram.
Həyat yoldaşımı ən son 6 il əvvəl gördüm. Heç birinin telefon nömrəsi və ünvanı yoxdu. Yalnız S. B. ilə İstanbulda yaşadıqlarını bilirəm. Davamlı ünvan dəyişdirirlər. Uşaqlarım da məni axtarmır, 5 ildir görmürəm. İllərcə saxladığım, böyütdüyüm uşaqlar mənim deyilmiş. Uşaqlar xəstəxanada doğularkən yanında mən vardım. İlk qucağıma mən götürdüm, məktəbə mən apardım. Bütün həyatım yalandan ibarətmiş. İndi yaşadığım ev həyat yoldaşımın adınadır. O, evi satmasın deyə məhkəmə müsadirə qoydu. Ömürüm boyu çalışıb qazandığım ev də əlimdən getsə heç bir şeyim qalmayacaq. Keçmiş arvadımdan heç bir gözləntim yoxdur. O və qaçdığı adam Allahından tapsın."
Saglamolun.Az