Dodaq dolğusu etdirdi, bu hala düşdü - FOTO

Evdə təşkil edilən bir qonaqlıqda spirtli içkidən sərxoş olan qadın dodaq dolğusu etdirmək qərarına gəlib.

Ölkə.az xəbər verir ki, qadın dodaqlarını tibbi təhsili olmayan keçmiş bir məhkuma həvalə edib. Nəticə isə dəhşətli olub. Qadın dodaqlarının son halını görəndə gözlərinə inanmayıb.

Reyçel Kneppier bir dostunun evində keçirilən "Botoks gecəsi"ndə iştirak edib. O, alnındakı qırışları azaltmaq və sadəcə əylənmək istəyib. Reyçel dodaq dolğusu istədi və bunu edən qadının keçmiş bir məhkum olduğunu bilməyib. O, dodaqlarının həddən artıq şişdiyini görüb gözlərinə inanmayıb.

Qonaqlıqdan əvvəl belə fikri olmadığını deyən qadın ifadəsində bildirib:

"Dostum bu gözəllik mütəxəssisini çox təriflədi və mən də spirtli içkinin təsiri ilə dodaq dolğusu etdirdim".

Saglamolun.Az