Marketdən aldığı saç boyasından istifadə edən tələbə qızın üzü bu hala düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransada marketdən aldığı saç boyasından istifadə edən qızın üzü allergiyayası olduğuna görə şişib, hiss olunacaq dərəcədə formasını dəyişib.
Le Parisien-in yazdığına görə, Estelle adlı 19 yaşlı qız saç boyasından istifadə etməzdən əvvəl testdən keçirsə də, 2 gün gözləmək əvəzinə yarım saat gözləyib. Nəticədə onun üzü şişib. Onun başının diametri 56 sm-dan 63 sm-a qədər artıb.
Şəklini sosial şəbəkələrdə paylaşan qız başqa qadınları diqqətli olmağa çağırıb.
"Axmaqlıq etdim, bu hala düşdüm. Başqaları diqqətli olsun, mənim günümə düşməsin".
Saglamolun.Az