İranda 6.4 bal gücündə zəlzələ baş verib


İran-İraq sərhədi yaxınlığında güclü zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, yeraltı təkanların gücü 6,3 bal təşkil edib.  Bildirilir ki, zəlzələnin episentri Bağdaddan 150 kilometr aralıda yerləşirdi.

İranın Kirmanşah vilayətində isə zəlzələnin gücü 6,4 bal olub. Kermanşah əyalətində zəlzələ nəticəsində azı 70 nəfər zərər çəkib.

Bu barədə Press TV-nin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumatda deyilir.

Saglamolun.Az