Nar xolesterinin səviyyəsini aşağı salır...

Nar həkim -dietoloqların  fikrinə görə çoxlu xeyirli xüsusiyyətlərə malikdir.

"Zee News " xəbər verir ki, nar orqaznizmi sağlamlaşdıraraq, insult və ürək tutmasının təhlükəsini azaldır. Bundan əlavə nar, qanda olan ziyanlı xolesterinin səviyyəsinin aşağı salır.

Dietoloqların bu məhsulu sevmə səbəbi,  onun  az kalorili,tərkibində minimal yağ dərəcəsi, vitamin və mineralların optimal sayda olması ilə bir başa əlaqədardır. Antioksidant xüsusiyyəti isə orqanizmin hüceyrələrinin korlanma faktorlarına müdafiə rolunu oynayır.

Keçirilən tədqiqatlar onu sübut edir ki, narı daima qidaya əlavə etdikdə, o, nadir xərçəng hüceyrələri ilə mübarizədə kömək edir. O, xüsusi ilə sərbəst radikalların fəaliyyəti ilə əlaqədar olan döş xərçəngi və iltibah prosesslərində çox effektiv sayılır.

Nar həmçinin hipertoniya (yüksək qan təzyiqi) xəstəliyi olan insanlara xeyirlidir. O, damarlarda olan təzyiqi azaldır. Əslində isə nar, qanı duruldaraq tromb əmələ gəlməsinə mane olma xüsusiyyətinə görə qısmən aspirini əvəz edə bilər. Sonda isə onu demək istərdik ki, bu meyvə dəriyə çox yaxşı təsir edərək, travmaların sağalmasını tezləşdirərək dəridə piqment ləkələrin əmələ gəlməsinə mane olur.

Saglamolun.Az




 

 

 

Super Mama - Hamiləlik Məktəbi

 


Яндекс.Метрика