Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib.
Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti aşkar edilib.
Saglamolun.Az