Tanınmış müğənni cütlük eyni xərçəng növünə tutulub

Rus müğənni cütlük Viktor Rıbin və Natalya Sençukova bir neçə il ərzində eyni xərçəng növünə qarşı mübarizə aparır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 4 il bundan əvvəl Natalya ayağında qəhvəyi rəngdə qəribələkə aşkar edib. Qadın həkimlərə müraciət edib, lakin onlar heç nədən şübhələnməyib və xüsusi məlhəm çəkməyi tövsiyə edib.

Bir müddət sonra buna oxşar ləkə Viktorun üzündə əmələ gəlib. Həkimlər ilk müayinə zamanı ləkənin təhlükəli olmadığını bildiriblər. Viktor ləkəni xaric etmək üçün 2 dəfə lazer müalicəsindən keçib.

Lakin daha sonra cütlüyə eyni qorxunc diaqnoz qoyulub - dəri xərçəngi. Müğənnilər 13 şüa seansı alıb və hal hazırda da müalicəni davam etdirirlər.

Viktor və Natalya xəstəliyin səbəbini "zaqar"da görür. Cütlük "zaqar"ı çox sevir, günün ən qızmar saatlarında "zaqar" almağı xoşlayırdı. Bundan əlavə onların evində də solyariy var idi və onlar müntəzəm olaraq solyariydən də istifadə edirdilər.

Saglamolun.Az