"Verofarm" farmkompaniyası " Ardalon" ağrıkəsicisini bütün apteklərdən geri çağırır.
Dərmanın tərkibində olan flupirtin qaraciyəri zədələyir. Amma Rusiya apteklərində bu tərkibli digər analgetiklər də satılır.
Medicina.az bildirir ki, 2018-ci ildə Rusiyada 650.000 qutu flupirtin tərkibli preparat satılıb.
Flupirtin tərkibli analgetiklərin tam siyahısı:
- Ardalon
- Katadolon
- Neyrodolon
- Nolodatak
- Fluqesis
- Flupirtin
Flupirtin tərkibli dərmandan qaraciyər zədələnməsi faktı ilk olaraq 2013-cü ildə Avropada qeydə alınıb. Bundan sonra onun qaraciyər problemi olan insanlara təyini qadağan olundu. Buna baxmayaraq, belə preparatlardan 537 məfər zərər görmüş, 23 nəfərdə letal nəticə olmuşdur.
2018-ci ilin fevralından Avropada bu tərkibdə ağrıkəsicilərin qəbulu qəti qadağan olundu və farmkompaniyalar dərnanları bazardan yığışdırmağa başladı.
Əgər siz də bu preparatlardan istifadə edirsizsə, qəbulunu dayandırıb, həkiminizə məlumat verin.
Saglamolun.Az