Загрузка...

Qozadan gələn şəfa – andız bəkməzi

Qandakı şəkər miqdarını nizamladığı və qanazlığına faydalı olduğu məlum olan andız bəkməzi bronxit, öskürək, ağız yaraları, vərəm, böyrək iltihabı, sədəf xəstəliyi, ürəkbulanması, ağciyər, qaraciyərə faydaları ilə şəfa mənbəyi olaraq tanınır. Həmçinin hemoroidin müalicəsində də istifadə edilir.

Dağlıq ərazilərdə yetişən andız ağaclarının qozaları toplanaraq 2 gün ərzində qurudulur ki, qabıqları yaxşıca qurusun, daha sonra qırılır. Qabıqları çox sərtdir. Qırma maşını ilə qırılır və ağzına qədər su ilə dolu olan qazan və ya ləyənə qoyaraq saxlanılır. Təxminən 3-4 gün sonra qozalar suyun içindən çıxarılır. Qazanlarda 12 saata yaxın qaynadılır. Qaynama əsnasında qazanın içindəki maye tez-tez qarışdırılır və qaynama anında qazanın içindəki su buxarlaşaraq sovrulur, nəticədə andız bəkməzi əmələ gəlir.

Bu bəkməz ardıc ağacı kimi də tanınan ağacın qozalarından, əl dəymədən və heç bir qatqı maddəsindən istifadə etmədən hazırlanan şəfaverici xüsusiyyətlərə malik müalicəvi bəkməzdir. Andız qozasının tərkibində 40 faiz nisbətində inulin, efirli uçucu yağlar, sabit yağ, triterpenlər və acı maddələr vardır. Sadə şəkildə yeyilə bildiyi kimi, küncütlə qarışdırılaraq da yeyilə bilər. Qandakı şəkər miqdarını tənzimləyən və qanazlığına yaxşı təsir göstərən bu bəkməz xüsuilə bronxit, öksürək, ağız yaraları, vərəm, böyrək iltihabı, sədəf xəstəliklərində, yatağını isladan insanların müalicəsində, sarılıq, qaşınma, egzema, ürəkbulanma zamanı istifadə olunur, ağciyər, qaraciyərə faydalıdır, insana qüvvət verir. Andız qozası isə qurdların salınmasında, saç tökülməsində çay kibi içilərsə, təsirli müalicəvi təsirə malikdir.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика