İt yiyəsinin ölümünə səbəb olub

58-yaşlı amerikalı qadın Şaron Larson evə təzə it gətirəndən bir müddət sonra bakterial infeksiyadan vəfat edib.

Müayinə zamanı məlum olub ki, qadına itdən Capnocytophaga Canimorsus bakteriyası düşüb. Bu bakteriya it və pişiklərin ağız suyunda olur və heyvanlara ziyan vurmur. Lakin insan orqanizminə düşdükdən sonra bakteriya çox ağır fəsadlar törədə bilər.

Saglamolun.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu 3-cü belə faciəvi haldır. Bundan əvvəl 2015-ci ildə ölümcül bakteriyaya yoluxmuş uşağın əl və ayaq barmaqları kəsilib. Bu ildə isə bir kişi Capnocytophaga Canimorsus bakteriyasına yoluxduqdan sonra əl və ayaqlarından məhrum olub.

Alimlər qeyd edir ki, sağlam insana Capnocytophaga Canimorsus bakteriyası ziyan vurmur. Lakin immun sistemi çox zəif olan insanlarda bu bakteriya çox ağır fəsadlar törədə bilər və hətta ölümə səbəb ola bilər.   

Saglamolun.Az