İki il arıqlamaq üçün həblər qəbul etdi, iki dəfə çox kökəldi

Çin sakini arıqlamaq üçün 200 min yuan pul xərcləyərək dərmanlar alaraq içib, əksinə ikiqat artıq çəki yğıb.

Deyerler.org bildirir ki, o, 18 yaşında ikən ilk dəfə olaraq arıqlamaq üçün televiziyada reklam olunan həblərdən istifadə edib. Əvvəlki çəkisi 45 kq idi. İlk vaxtlar preparatlar müsbət təsirin göstərirdi. Amma onların qəbulunu dayandırdıqda köhnə çəki qayıdaraq hələ üstəlik daha da artıq olurdu. Çıxış yolu tapmaq üçün o, basqa preparatlardan istifadə edərək, digər dietlərə əl atır. Hər dəfə yeni vasitələrdən istifadə edərkən onun çəkisi bir az da artırdı. 7 ildən sonra çəkisi 90 kq-a çatır.

Tənzimlənmədən qəbul etdiyi həblərə görə qara ciyəri sıradan çıxmağa başlayır. Son olaraq o, cərrahiyyə əməliyyatı vasitəsi ilə mədəsini kiçiltməyə qərar verir. Həkimlərin sözlərinə görə, artıq çəkinin yaranması dərmanların qəbulu səbəbindəndir.

Saglamolun.Az