21 ildir 57 kiloqramda qalma sirrini bölüşdü - FOTO

Keçmiş model Demet Şener İnstaqram hesabında formada qalma sirrini izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, iki uşaq anası 21 ildir 57 kiloqram çəkidə qalmasının səbəbini belə izah edib:

"İdmanı yayda da, qışda da edirəm. Həftənin iki günü yoqa ilə məşğul oluram, 4 günü ağır işlər görürəm. Axşam ən güc saat 11-də yatıb, səhər 6-da oyanıram".

Qeyd edək ki, 41 yaşlı Demet 1995-ci ildə Türkiyə gözəli seçilib.

Saglamolun.Az