Загрузка...

Uşaqları xəstə edən qida

Emal olunmuş qida həyatımızın və ən əsası isə uşaqlarımızın rasionunda elə bir yer almaqdadır ki, onsuz əksər valideynlər məişətlərini təsəvvür edə bilmirlər.

Uşaqların ağız dadını oxşamaqla onların səhhətlərinə dəyən zərərlər barədə düşünüb maariflənmək onları bir sıra ciddi xəstəliklərdən və qüsurlu gələcəkdən qorumağa əsas ola bilər.

Surrey Universitetinin araşdırmalarına əsasən diqqət defisiti və hiperaktivlik pozğunluğu (ADHD) diaqnozu qoyulan uşaqların probleminin əsas səbəbi qidalanma vərdişləri ilə əlaqədar olduğu bildirilir.

Belə ki, nəzərdən keçirilən uşaqların sağlamlığındakı problemə 89% süni qida rəngləri, 71% süni dadlandırıcılar, 71%-i kimyəvi qida qoruyucuları, 59%-i süni dad gücləndiricisi səbəbdir. Araşdırmaya cəlb olunan uşaqların hamısı adları çəkilən bütün maddələrdən azad pəhriz saxlamaqla sağlamlıqlarında xeyli irəliləyişlər əldə etmiş və sağalmışlar.

Başqa bir araşdırmaların nəticələrinə əsasən süni qida rəngləri uşaqlarda aşağıdakı ciddi xəstəliklərə əsas yaradır:

- Hiperaktivlik

- Xərçəng

- Allergiya

- Piylənmə

- Asma

- Diabet

- Xromosom səviyyədə zədələnmə

- Hipoqlikemiya

- Orqanların zədələnməsi

- Anadan gəlmə qüsurlar

Ən təhlükəli olan qırmızı və sarı süni qida rəngləri istehsalatda istifadə olunan rənglərin 90%-ini təşkil edir.
Bütün bunlardan əlavə olaraq süni rənglər həmçinin məişətdə istifadə olunan məhsulların və dərmanların (vitaminlər, öskürəyə qarşı siroplar, diş məcunları, şampun, yuyucu tozlar və əl kremlərinin) tərkibində də mövcuddur.

Müəllif: Zülfüqarova Səltənət

Vib.az

 

 


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика