Загрузка...

Bakıda trosu qırılan lift şaxtaya düşüb, üç nəfər xəsarət alıb

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Report.az bildirir ki, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır.


Saglamolun.Az

.
Загрузка...
.

.

SON YAZILAR

Яндекс.Метрика