Müğənni Natavan Həbibi ötən gün "Zaurla Günaydın" verilişində qonaq olub.
Milli.Az xəbər verir ki, müğənni görmə probleminin olduğunu açıqlayıb.
Astiqmatizm adlanan bu göz problemini aradan qaldırmaq üçün müğənniyə əməliyyat da kömək etmir. Natavan beyindaxili təzyiqi olduğundan yenidən həmin xəstəliyin geri qayıtma ehtimalına görə əməliyyat etdirə bilmədiyini deyib.
Qeyd edək ki, Astiqmatizm - gözün optik sisteminin defekti: gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizm xəstələri həm yaxını, həm də uzağı zəif görürlər. Bu, onların görmə qabiliyyətlərinin tam formalaşmamasından irəli gəlir.
Saglamolun.Az