Загрузка...

WhatsApp-da yenilik

"WhatsApp" bir müddət əvvəl "Ucdan-uca şifrələmə" (End-To-End Encryption) funksiyası ilə istifadəçilərə daha təhlükəsiz təcrübə yaşatmağı vəd etmişdi.

İndi isə artıq proqram üzərindən göndərilən hər link analiz ediləcək və zərərli olduğu halda istifadəçiyə bildiriləcək.

Milli.az xəbər verir ki, lakin linkə daxil olmaq seçimi sizdə olacaq.

Yəni, "WhatsApp" bildirişlərini nəzərə almadan linkə daxil ola biləcəksəniz.

Artıq "WhatsApp Beta" istifadəçiləri proqramın 2.18.206 versiyasında bu funksiyanı istifadə edə bilirlər. Qısa zaman ərzində funksiyanın hər kəs üçün istifadəyə verilməsi gözlənilir.


Saglamolun.Az

.
Загрузка...
.

.

SON YAZILAR

Яндекс.Метрика