80 yaşlı xalq artisti pəhrizindən danışdı

Xalq artisti Teymur Mustafayev "O başdannan" verilişinin qonağı olub.

Axşam.az bildirir ki, 80 yaşlı xanəndə ciddi pəhriz saxladığını deyib. Teymur əmi yeyib-içdiyinə fikir verdiyini söyləyib:

"Hər sahədə yeməyin özü bir mədəniyyətdir. Gərək qidalanmanı gözləməlisən. Kökəlmək istəməyən qəti yeməsin. Səhər və nahar yeyirəm. Səhər nehrə yağı, bal, qaymaq yeyirəm. Amma şam yeməyi qadağandır. Neçə illərdir mən saat 4-fən sonra heç nə yemirəm".

Saglamolun.Az