Selfii çəkmək eşqi növbəti ölümə səbəb olub

Yüksəklikdə selfi çəkmək eşqi daha bir insanın ölümü ilə nəticələnib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Maharaştra ştatının Rayqad vilayətindəki Matheran təpəsində selfi çəkdirən qadın 152 metr hündürlükdən yıxılaraq ölüb.

33 yaşlı Sarita Rammahesh Chouhan adlı qadın selfi çəkərkən ailəsi ilə birlikdə olub. O, əri ilə birlikdə selfi pozası verdikdən bir neçə saniyə sonra yıxılaraq yerə çırpılıb.

Qeyd edək ki, Saritanın 3 övladı var.

Milli.Az qadının ölümündən saniyələr əvvəl çəkilən selfisini təqdim edir:

Saglamolun.Az