Çoxdandır efirlərdə görünməyən gənc müğənni İlhamə Qasımova Los-Ancelesə köçüb.
Milli.Az xəbər verir ki, bu məlumatı "Obaşdannan" proqramında müğənni Elnarə Xəlilova verib.
Elnarə həmkarının ana olmağa hazırlaşdığı üçün bu müddəti hüzurlu şəkildə keçirmək məqsədi ilə Amerikaya getdiyini iddia edib.
Xatırladaq ki, İlhamənin ilk evlilik həyatı 17 yaşında baş tutub. 2009-cu ildə müğənni ikinci dəfə ailə qurub.
Saglamolun.Az