Acığa düşdü, 88 kq arıqladı, İnstagram ulduzu oldu - FOTO

Braziliyalı Cessika Valitutto izafi çəkidən və piylənmədən əziyyət çəkirdi. Onun çəkisi 143,6 kq idi.

Dediyinə görə, acığa düşən və arıqlamağa qərar verən Cessika pəhriz saxlamağa, sağlam qidalanmağa və idman etməyə başlayıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 7 il əvvəl qərar qəbul edən Cessika sonradan mədə-bağırsaq sistemində cərrahiyyə əməliyyatına məruz qalıb.

Arıqlamış Cessika Valitutto 88 kq çəkidən qurtulub.

O, arıqlama prosesinin fotolarını İnstagram-dakı profilində paylaşırdı.

Cessikanın İnstagram profilinin indi 907 mindən artıq daimi təqibçisi var.

Onun sözlərinə görə, izafi çəkisindən qurtulmaq üçün bariatik cərrahiyyə əməliyyatlarına məruz qalıb. Bariatik cərrahiyyə prosedurları arasında pasiyentin mədəsinin ölçüsünün kiçildilməsi də var.

Saglamolun.Az