Son olaylarla bağlı çıxış yolu tapıldı - Orta məktəblərə kamera quraşdırılır

Bakıdakı bəzi orta ümumtəhsil məktəblərindəki sinif otaqlarında və sanitar qovşaqlarda kameralar quraşdırılır.

Kameraların quraşdırılması əsasən, paytaxtın Suraxanı, Sabunçu, Nizami, Xətai rayonları ərazisində yerləşən orta məktəbləri əhatə edir. Buna səbəb kimi, bəzi valideynlərin dərslərin keyfiyyətindən, uşaqlarının davranışından narazılıq etməsi, ən əsası son günlər orta məktəblərlə bağlı xoşagəlməz məlumatların yayılması göstərilir.

Modern.az-a daxil olan məlumata görə, Təhsil Nazirliyi kamera quraşdırılmasını bu yöndə artan haqlı və haqsız narazılıqların qarşısını almaq üçün ən optimal variant olaraq seçib.

Məsələ ilə bağlı Bakı şəhəri Təhsil İdarəsinə sorğu ünvanladıq.

Lakin konkret məktəb ünvanı göstərmədiyimizdən sorğumuz cavablandırılmayıb.

Saglamolun.Az