Sağlamolun.az bu dəfə kivi qabığının faydalarını araşdırıb.

Hər kəs bilir ki, kivi az kalorili və çox faydalı meyvədir, ancaq bir çoxları kivinin faydasının əsasən qabığında olduğunu bilmir:

Liflər -Qabığın tərkibində olan liflər qanda xolesterinin miqdarını endirir. Qeyd etməliyik ki, qabıqda liflərin miqdarı 50% daha çoxdur.

E və C vitamini - Sözü gedən vitaminlər yaraların və çapıqaların tez sağalmasına səbəb olur və dərini gözəlləşdirir. Bundan əlavə E və C vitaminləri güclü atioksidan olduğu üçün azar radikalları neytrallaşdırma gücünə sahibdirlər. Bu isə o deməkdir ki, E və C vitaminləri həm sağlamlıq və gənclik deməkdir.

Folium turşusu - Bu turşu əhval ruhiyyəni qaldırır. Xüsusilə hamilələr üçün bu turşu olduqca faydalıdır, çünki folium turşusu embrionun sağlam inkişafına kömək edir.