Загрузка...

Türkiyəli alimdən İNANILMAZ AÇIQLAMA: Bu məhsulun alkoqoldan fərqi yoxdur

Professor Canan Karatay meyvə sularının alkoqollu içkilərdən fərqi olmadığını deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur kardioloq sağlamlıq haqqında keçirilən seminarda növbəti dəfə açıqlamaları ilə gündəm yaradıb.

Xərçəng təsiri yaradan məhsullardan danışan Karatay imtahan stressi yaşayan tələbələrə faydalı olan qidalar haqqında da məlumat verib.

Bal qaraciyəri yağlandırır

Balın tərkibində bol miqdarda fruktoza və qlükoza olduğunu deyən Canan Karatay bu maddələrin qara ciyəri yağlandırdığını və şəkər xəstələrinin baldan uzaq durmasının vacibliyini bildirib.

Çörək və şəkər xərçəng yaradır

Çörək və şəkərin zəhər olduğunu hər çıxışında dilə gətirən Karatay gündəlik iki dilim buğda çörəyinin şəkərdən daha zərərli olduğunu sözlərinə əlavə edib. Canan Karatayın sözlərinə görə, taxıl insulin təsiri yaradır və bu amil xərçəng risikini artırır.

Təbii zeytun yağı

Təbii zeytun yağı və kərə yağının orqanizm üçün daha faydalı olduğunu deyən professor trans yağların iltihablanmaya səbəb olduğunu bildirib. O, hər gün 30-40 dənə zeytun yeməyi məsləhət görüb.

Meyvə şirəsinin, alkoqoldan fərqi yoxdur

Türkiyəli kardioloq hesab edir ki, meyvə sularının alkoqoldan fərqi yoxdur. Bundan başqa, o, meyvə sularının qaraciyəri yağlandırıcı təsirə malik olduğunu xüsusi vurğulayıb.

İmtahana hazırlaşan tələbələr necə qidalanmalı?

İmtahana hazırlaşan gənclərin çox yorğun olduğunu deyən Canan Karatay tələbələrə gündə 3-4 ədəd yumurta, bol fındıq və fıstıq yeməyi, həmçinin şəkərsiz türk qəhvəsi içməyi tövsiyə edib.

Dəniz duzu sağlamlıq mənbəyidir

Dəniz duzunun sağlamlıq mənbəyi olduğunu açıqlayan Karatay hər kəsi süfrə duzundan imtina etməyə səsləyib.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика