Dodaqlarını böyütmək istəyən qadın reanimasiyaya düşdü, dodaqları partladı

Stavropolda (Rusiya Federasiyası) yaşayan 30-yaşlı Elizaveta Tkaçenko daha cazibədar görünmək üçün dodaqlarını böyütmək qərarına gəlib.

Bunun üçün qadın ev şəraitində kosmetoloji xidmətlər göstərən rəfiqəsinə müraciət edib.  

Dodaqlara dolğu vurulduqdan az bir müddət sonra Elizavetanın halı pisləşib, ödem, ağrılar əmələ gəlib, nəfəsalma çətinləşib, dodaqlar bir neçə yerdə partlayıb.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, xəstəxanada qadında Kvinke ödemi diaqnozu qoyulub. Qadının orqanizmi dodaqlarına yeridilən məlum olmayan yad maddəyə belə ağır allergik reaksiya verib. Bu çox təhlükəli haldır ki, xəstəyə vaxtında lazım olan tibbi yardım göstərilməzsə, o, həyatını itirə bilər.

Xəstəxanaya yerləşdirildikdən 1 gün sonra Elizavetanın vəziyyəti daha da ağırlaşıb və o, reanimasiyaya yerləşdirilib. Lazım olan müalicə tədbirlərindən sonra qadının vəziyyəti yaxşılaşıb və o, xəstəxanadan evə buraxılıb. Lakin qadının dodaqları və üzü hələ ki şişmiş, eybəcər vəziyyətdə qalıb.

Elizavetaya "kosmetik xidmətlər" göstərən qadına cinayət işi aşılıb, istintaq gedir. Məlum olub ki, "kosmetoloqun" heç bir tibbi savadı yoxdur.

Elizaveta Tkaçenko dodaqlarını böyütdükdən əvvəl

Təəssüf ki, bizdə də ev şəraitində, salonlarda kosmetoloji xidmətlər göstərən savadsız "mütəxəssislər" çoxdur və heç bir azərbaycanlı qadın belə hallardan sığortalanmayıb. Bu səbəbdən gözəllik prosedurları üçün ixtisaslaşmış klinikalara müraciət etmək daha düzgün olar.  

Saglamolun.Az