Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.
Hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.
Belə ki, həmin məktəbin müəllimi 2017-ci ildə məktəbin təmzlik işçisinə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsi ilə videoqeydiyyata alıb.
Bir neçə gün bundan əvvəl məktəbin müəllimi yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. Müəllim onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.
Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.
Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində baş verən zorlama hadisəsi ilə bağlı məktəbin direktoru danışıb.
Yenicag.az-a açıqlama verən məktəbin direktoru Aygün Məlikova hadisədən dünən xəbər tutduğunu deyib:
“Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi araşdırma aparır. Mən bu barədə dünən xəbər tutdum. Az qala şok keçirəcəkdim. Həmin müəllim Babayev Namiq ibtidai siniflərə dərs deyir, 34 yaşı var. Ailəlidir... Qadın Bəyim Niftiyeva məktəbimizdə gündüz qaravulçu işləyir. Bir oğlu, bir qızı var, 30 yaşındadır. Əri Rusiyadan bir həftədir ki, qayıdıb. O hadisə məktəbin içində baş verməyib. Hadisə harda baş verib, bunu araşdırandan sonra bilinəcək. Əgər hadisə məktəbdə baş veribsə, mən buna məsuliyyət daşıyıram. Namiq də bu hadisəni məktəbdə törədibsə, buna görə ölçü götürüləcək”.
Qeyd edək ki, xəbəri ilk olaraq Report.az yayıb.
Saglamolun.Az