Kanalizasiya quyusundan yeni doğulmuş körpə tapıldı - Ürəkağrıdan FOTO

Ana uşağını doğub, sonra da onu kanalizasiya qovşağına atıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ürəkağrıdan şəkil Cənubi Afrikada Elizabet limanının yaxınlığında çəkilib.

Fotoda göbəyi düzgün kəsilməyən çılpaq uşağın kanalizasiya borusunun qarşısında büzüşərək uzanması əks olunub.

Körpənin birbaşa ora atılması və ya başqa yerdən axınla buraya gəlməsi barədə məlumat yoxdur.

Uşağı yaxınlıqda itini gəzdirən 63 yaşlı qadın tapıb. İtin hürməsindən şübhələnən qadın səs eşidib. Səsin pişikdən gəldiyini düşünən qadın səsə doğru getdikdə qarşılaşdığı "mənzərə"dən dəhşətə gəlib.

O, qışqıraraq kömək çağırıb. Ona motosiklet sürücüsü kömək edib və körpə kanalizasiya quyusundan çıxarılıb.

Xəstəxanaya çatdırılan uşaq müayinə edilib və ona Grace April ( Aprel lütfü ) adı verilib.

Məlum olub ki, körpə hipotermiya xəstəliyindən əziyyət çəkir.

Saglamolun.Az