Daun sindromuna rəğmən uğur qazanan 7 İNSAN - FOTO

Daun sindromu xromosom mutasiyası nəticəsində əmələ gəlir. Belə xəstələrdə xromosom dəstinin sayı normada olduğu kimi 46 deyil, 47 olur (artıq olan 1 qeyri-cinsi xromosomdur).

Daun sindromu olan insanların psixiki inkişafı kəskin dərəcədə zəif olur, onlar təhsil almaqda çətinlik çəkir və əksər hallarda xüsusi məktəblərdə təhsil almalı olurlar.

Lakin buna baxmayaraq valideynlərin fəal köməyi və uşağın öz üzərində daim işləməyi hətta Daun sindromu olan insanlara həyatda uğur qazanmağa, adi sağlam insan kimi yaşamağa, hətta dünyəvi populyarlıq qazanmağa kömək edir. Buna bir neçə misal çəkə bilərik.

1. Pablo Pineda


Pablo Pineda tanınmış ispan aktyorudur. 2009-cu ildə o, "Mən də" filmində ən yaxşı kişi roluna görə mükafat alıb. Pablo Malaqada yaşayır, munisipalitetdə işləyir və həmçinin müəllim kimi çalışır. Onun bir neçə ali diplomu var.

2. Tim Harris


Tim restoran sahibidir. Onun Tim’s Place adlı restoranı çox populyardır.

3. Migel Tomasin


Migel eksperimental musiqidə quru sayılır. Onun "Reynols" adlı öz qrupu var. Migel 2 disk buraxıb.

4. Paula Saj


Şotlandiyada anadan olan bu qadın bir neçə filmdə çəkilib və həmçinin çox uğurlu vəkildir. Anna Ann Craft və Mancap kimi beynəlxalq fondlarda vəkil kimi çalışır.

5. Medelin Stüart


Avstraliyalı Medelin Stüart çox populyar modeldir. Tanınmış dizaynerlər onu daim öz defilelərdə iştirak etməyə dəvət edir. Medelin tanınmış brendlərin reklamlarında çəkilir.

6. Ronald Djenkins


Uğurlu musiqiçi və bəstəkar Donald Djenkins elekron musiqisində dahi sayılır. Onun musiqi improvizasiyaları YouTube-da çox populyardır. Baxmayarq ki, Ronald notları öyrənə bilməyib, onun müsiqiləri tək həvəskarlar tərəfindən deyil, bir çox mütəxəssislər tərəfindən də çox bəyənilir.

7. Raymond Hu


ABŞ-da yaşayan Raymond Hu populyar rəssamdır. Raymond Çin metodikası əsasında müxtəlif heyvanların rəsmlərini çəkir. Onun tabloları yaxşı alınır və hətta auksionlara çıxarılır.

Saglamolun.Az