Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Report.az bildirir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.
N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi.
Polis faktı araşdırır.
Saglamolun.Az