Alimlərdən AÇIQLAMA: Doğuş qadın ömrünü qısaldır

ABŞ-da doğumun qadınların  ömrün uzunluğuna təsiri ilə bağlı araşdırma aparılıb.

Modern.az xəbər verir ki bu barədə ABŞ-ın “Human Reproduction” jurnalı məqalə dərc edib.

ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçıları doğuşun qadın ömrünü qısaldıb-qısaltmaması ilə bağlı apardıqları araşdırma nəticəsində “doğuş qadının ömrünü azalda bilər” nəticəsinə gəliblər.

Alimlər 2 minə yaxın reproduktiv yaş qrupuna daxil qadının DNT-lərini tədqiq ediblər. Onların əsas hədəfi telomerlər olub. Bütün qadınlardan telomerlərin ölçülərini götürüb, onlardan hansının doğuş keçirməsini dəqiqləşdirilib. Doğuş keçirən qadınlarda övlad dünyaya gətirməyən qadınlarla  müqayisədə telomerlərin ölçüləri 4,2% kiçik olub ki, bu da 3 illik bioloji qocalma deməkdir.

Ən maraqlısı doğuşun, telomerlərin ölçüsünə təsiri piylənmə və siqaretə nisbətdə daha çoxdur. Eyni zamanda məlum olub ki, qadın nə qədər çox doğuş keçirərəsə, telomerlərin ölçüsü bir o qədər qısalır.

“Biz uşaq doğuşlarına qarşı deyilik” – deyə alimlər vurğulayırlar. Eyni zamanda doğuşların telomerlərin uzunluğuna bu təsiri ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər. Onlar bunun səbəblərinin araşdırılması üçün daha çox tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.  

Saglamolun.Az