Загрузка...

Azərbaycan Universitetinin saxta professoru Türkiyədə tutuldu - 8 il xəstə qəbul qəbul edib

Azərbaycan Universitetinin saxta məzunu, özünü professor kimi təqdim edən şəxs Türkiyədə açdığı müalicə mərkəzində saxlanılıb.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Belə ki, 8 il saxta diplom və sertifikatlarla xəstə qəbul edən E.N.K adlı şəxsin yalanı xəstə şikayətləri əsasında üzə çıxıb. O sadəcə lisey məzunu olub.

Şikayət üzərinə Bursa Mütəşəkkil cinayətlərlə Mübarizə şöbəsi tərəfindən həmin şəxs saxlanılıb. Məlum olub ki, o, Azərbaycan Universitetinin məzunu olduğunu, Pensilvaniya Universitetindən Kəkələmə və Dil Patalogiyası ixtisası üzərində sertifikatının olmasını əsas gətirərək insanların güvənini qazanıb. Müalicə Mərkəzində aparılan axtarışlar zamanı sözügedən saxta sənədlərlə yanaşı, möhürlər, qəbz və saxta qeydiyyat formları aşkarlanıb.

Təhlükəsizlik xədmətinin əməkdaşları ilə söhbət zamanı E.N.K bildirib ki, onun məqsədi insanları aldatmaq olmayıb: "Mən sadəcə loqoped dərsləri üçün seminarlara yazılmışdım. Sertifikatımı alanda isə səhvən məni professor olaraq qeyd etmişdilər. Mən də bunu gördüm və hər kəsə professor olduğumu deməyə başaldım. Onlar buna inandıqca, bu məsələ 8 il davam etdi".


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

SON YAZILAR

Яндекс.Метрика