Bakının bu rayonlarında içməli su olmayacaq

Bakının Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Bu barədə Trend.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır: "Bu məqsədlə fevralın 22-si saat 23:00-dan 23 fevral saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq".

Saglamolun.Az