Загрузка...

11 yaşında klimaks keçirib, 30 yaşında hamilə qalıb - Tibb dünyada SENSASİYA

11 yaşında menopauza (klimaks) girən qadın 30 yaşında hamilə qalıb.

PublikaAz xəbər verir ki, İngiltərədə baş verən bu hadisə həkimləri şoka salıb.

Belə ki, Amanda Levis adlı qız 11 yaşında menopauza girib və həkimlər ona heç vaxt uşağının olmayacağını deyib.

Lakin A.Levis həkimlərin sözlərinə baxmayaraq ana olmaq üçün yollar axtarıb. Nəticədə İVF adlı müalicə üsulu tətbiq edilən qadın hamilə qalıb. 3 aylıq hamilə A.Levis həkimləri təəccübləndirib.

30 yaşlı qadın açıqlamasında 2016-cı ildə ailə qurduğunu və o vaxtdan ana olmaq üçün bir çox müalicə üsulunu araşdırdığını deyib. Sonuncu müalicəsinə isə 10 min sterlinq xərcləyib. O qəbul etdiyi müalicələr səbəbindən özünü yorğun hiss etdiyini, lakin hamiləliyində heç bir problem olmadığını deyib.

Qeyd edək ki, Amanda İngiltərənin ən gənc yaşda menopauza girən qızı idi.

 


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика