Загрузка...

Ölümlə üz-üzə gəldim - Keyxanım - VİDEO

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı tanınmış aparıcı Ülviyyə Əliyeva (Keyxanım) olub.

Milli.Az xəbər verir ki, Ülviyyə həyata baxışın dəyişdiyini və həyatı əvvəlki kimi yaşamadığını bildirib:

"Hər kəs öz həyatını özü yaşayır. Uzaqbaşı mənim dərdimə şərik ola bilərlər. May ayından etibarən mənim həyata baxışım dəyişib. O zaman ölümlə üz-üzə gəlmişdim. O anda hər şey gözümün qabağından lent kimi gəldi keçdi. Az qalmışdı ki, avtomobil qəzası olsun. Hər günümü sonuncu gün kimi yaşayıram. Bunu bacarmaq lazımdır. Bu gün nəsə etmək istəyirəmsə, onu həmin gün edirəm. Saxlamıram ürəyimdə".

Daha sonra barmağındakı üzükdən danışan aparıcı bildirib ki, hələ ki, ailəli deyil:

"Bu haqda danışmaq istəmirəm. Ailəli deyiləm. İnşallah, ailə quraram. Qadının ailəsi olmalıdır mütləq. Qadının həyatdakı missiyası yuvasının qoruyucusu olsun, uşaq böyütsün. Karyera öz yerində".

 


Saglamolun.Az

.
Загрузка...
.

.

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /896

Яндекс.Метрика