Yanvarın 27-də paytaxtın “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisində partlayış baş verib.
Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Oxu.Az-ın məlumatına görə, xəsarət alan 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir.
Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Saglamolun.Az