Ərdoğan xərçəng xəstəsi olan müğənninin xərclərini üzərinə götürdü

Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Nuray Hafiftaşın əməliyyat və müalicə xərclərini prezident Rəcəb Tayyib Ərdoğan üzərinə götürüb.

Axsam.az xəbər verir ki, prezident köməkçisi bu barədə xəstəxananı məlumatlandıraraq sənətçini nəzarətdə saxladıqlarını bildirib.

Qeyd edək ki, Nuray Hafiftaşın yoğun bağırsağında başlamış xərçəng daha sonra onun qara ciyərinə keçib.

Saglamolun.Az