Uzunömürlülük üzrə ekspert Den Byuttner insan ömrünü uzadan ən yaxşı məhsulun adını açıqlayıb.
National Geographic-in peşəkar tədqiqatçısı Byuttner EatingWell nəşrinə bildirib ki, lobyanın gündəlik istehlakı insan həyatını uzadır.
Alim qeyd edib ki, hər gün 1 kasa bişmiş lobya istehlak edən insan həyatını 4 il uzada bilər.
Saglamolun.az bildirir ki, lobya zülal, lif, antioksidantlarla zəngin olduğundan insan sağlamlığına çox müsbət təsir edir, bağırsaq mikroflorasını yaxşılaşdırır, ürək-damar sistemi xəstəliklərindən qoruyur, immuniteti möhkəmləndirir.
Həmçinin lobya dəmir, maqnezium, fol turşusu kimi insan orqanizmi üçün vacib maddələrin zəngin mənbəyidir.
Saglamolun.Az