Ukraynada qızılca bəlasından 5 nəfər ölüb

Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

Trend.az xəbər verir ki, qərar Ukraynada tüğyan edən qızılcaya yoluxma ilə əlaqədar qəbul edilib.

Belə ki, son 11 ay ərzində 3000-dən çox insanda qızılcaya yoluxma faktı aşkarlanıb.

Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə 3-ü uşaq olmaqla, 5 nəfər qızılcadan ölüb.

Kiyevdə qızılcanın belə geniş yayılmasının səbəbi olaraq uşaqların vaxtında peyvənd olunmaması göstərilib.

Saglamolun.Az